RU

Qvardiola cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq?

İngiltərə Premyer Liqası məşqçiləri arasında hazırkı mövsümün Pep Qvardiolanın “Mançester Siti”də sonuncu olacağı fikri getdikcə güclənir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

İspan mütəxəssisin cari mövsümün sonunda komandadan ayrılacağına əminlik var. Qvardiolanın klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir, ancaq gələcək planları hələ tam aydın deyil.

56 yaşlı mütəxəssis 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu, 4 dəfə isə İngiltərə Liqa kubokunu qazanıb.

“Şəhərlilər” 2023-cü ildə UEFA Çempionlar Liqasının qalibi olub.

Избранный
49
7
sportinfo.az

10Источники