AZ

“Qarabağ”la matçda zədələndi, yerinə başqa müdafiəçi axtarılır

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq zədələnib. 25 yaşlı futbolçu Çempionlar Liqasının 8-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (6:0) məcburi şəkildə əvəzlənib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun bərpa müddəti ilə bağlı hələlik dəqiq məlumat açıqlanmasa da, “qırmızılar” artıq transfer bazarında mümkün əvəzləyiciləri nəzərdən keçirməyə başlayıb.

Klub daxilində xüsusi iclas keçirilib və mövcud variantlar müzakirə olunub. Hazırda bir neçə namizəd gündəmdədir, ancaq mersisaydlılar uyğun və keyfiyyətli seçimlərin çox olmadığını düşünür.

Frimponq cari mövsümün əvvəlində Leverkuzen “Bayer”indən “Liverpul”a 40 milyon avro qarşılığında transfer olunub.

Seçilən
56
50
sportinfo.az

10Mənbələr