AZ

Hazırda 5 klubun hədəfindədir - “Mançester Siti”nin hücumçusu

“Mançester Siti”nin hücumçusu Omar Marmuş təkcə “Fənərbaxça”nın deyil, Avropanın bir sıra aparıcı klublarının da maraq dairəsindədir.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, misirli futbolçu “Qalatasaray”, “Tottenhem”, “Atletiko” və “Milan”ın transfer siyahısında yer alır.

Marmuşun yanvar transfer pəncərəsində “Mançester Siti”dən ayrılması gözlənilmir.

Baş məşqçi Pep Qvardiola hücum xəttində yüklənməni azaltmaq məqsədilə ona daha çox oyun vaxtı vermək niyyətindədir. Bu, xüsusilə, Erlinq Halandın yükünü bölüşdürmək baxımından vacib hesab olunur.

Misirli forvard mövsümün sonunda komandadakı rolundan narazı qalsa, yay transfer dönəmində klubu tərk edə bilər.

Seçilən
5
50
sportinfo.az

10Mənbələr