RU

İran ABŞ ilə danışıqlar üçün şərtini açıqlayıb

İran ABŞ Prezidenti Donald Trampın İslam Respublikasına qarşı əlavə hücumlarla hədələməməsi şərti ilə Vaşinqtonla danışıqlara hazırdır.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb.

Diplomat bildirib ki, danışıqlar ədalətli və bərabər əsaslarda aparılacağı təqdirdə Tehran bu prosesdə iştirak etməyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, İran raket proqramı ilə bağlı heç vaxt danışıqlar aparmayacaq.

"Əgər danışıqlar ədalətli və bərabər olarsa, biz bu danışıqlarda iştirak etməyə hazırıq. Amma İran heç bir halda diktələrə və ya məcburiyyətə dözməyəcək və raket proqramı müzakirə mövzusu olmayacaq", - deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, hərbi baxımdan Tehran hazırda 2025-ci ilin iyununda İran və İsrail arasında baş vermiş münaqişədən əvvəlki dövrlə müqayisədə daha yaxşı hazırlıqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
70
50
olaylar.az

10Источники