AZ

İran ABŞ ilə müzakirələrin yenidən başlanması üzrə detalları araşdırır – Bəqai

Bakı. Trend:

İran ABŞ ilə müzakirələrin yenidən başlanmasının detalları haqdaaraşdırma aparır.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, müzakirənin formatı ilə bağlı müxtəlifdəyərləndirmələr aparılılır.

Bəqai bildirib ki, regionun hazırkı vəziyyəti ilə bağlı düzgünşəkildə nigaranlığı olan region ölkələri səmimi şəkildə müsbət rolasahib olmağa çalışırlar. Əksinə Avropa İttifaqına üzv ölkələr tamşəkildə gərginliyin artırılması istiqamətində addım atıblar.

Nazirlik rəsmisi əlavə edib ki, region ölkələri mesajlarınçatdırılmasında vasitəçilik edirlər:

"Bu çərçivədə bir sıra məsələlər ötürülüb və hazırda İran tərəfidiplomatik prosesin detalları haqda qərar vermə mərhələsindədir.Gələn günlərdə bununla bağlı nəticənin olacağına ümid edilir".

“İranın müzakirə aparacağı mövzu nüvə məsələsidir. Bu məsələuzun illər təzyiq və sanksiya tətbiq etmək üçün vasitəyə çevrilib.İran nüvə proqramının mahiyyəti ilə əlaqədar nigaranlıqların aradanqaldırılması və etimadın yaradılması qarşılığında təbii haqqıolaraq sanksiyaların ləğv edilməsini istəyir”, - deyə o qeydedib.

2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İranvə ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyanın paytaxtı Romada baştutub.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İranahərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu saydayüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksəksəviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

10Mənbələr