AZ

İran ətrafında gərginlik: Azərbaycan və Türkiyə tədbirlər görüb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı geniş zərbələr endirməyi, o cümlədən İranın siyasi və təhlükəsizlik rəhbərliyini aradan götürməyi düşünür. Eləcə də ölkənin nüvə obyektlərinə və dövlət qurumlarına potensial zərbələr endirmək barədə hazır plan masa üzərindədir. 

Hazırda ABŞ İran ətrafındakı hərbi bazarlarında onminlərlə hərbçi, təyyarə, raket sistemləri və təyyarə daşıyan gəmilər toplayıb. ABŞ rəhbərliyinin İranla bağlı sərt açıqlamaları və mümkün hərbi zərbə ehtimalı regionda gərginliyi artırır. 

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, ABŞ rəhbərliyinin sərt ritorikası hadisələrin mütləq hərbi münaqişəyə keçəcəyi anlamına gəlməməlidir:

"ABŞ-dən verilən bəyanatlardan aydın olur ki, məqsəd heç də İran rejiminin dəyişdirilməsi deyil. Hər iki tərəfdən verilən siyasi bəyanatların barışmazlığı fonunda arxa planda nüvə razılaşmaları ilə bağlı gizli danışıqlar aparılır. ABŞ hərbi qüvvələrinin körfəzə yaxınlaşması da ABŞ və İran arasında aparılan bu danışıqlarda prezident Tramp tərəfindən təkid olunan nüvə razılaşmasını əldə etmək üçün təzyiq vasitəsi kimi başa düşülməlidir. İran xarici işlər nazirinin açıqlamalarından da hiss olunur ki, İran hakimiyyəti ABŞ-nin şərtlərini qəbul etməyə meyllidir. Hadisələrin daha çox bu istiqamətdə inkişaf edəcəyi ehtimalı daha böyükdür. 
Yox, əgər hansısa səbəbdən razılaşma əldə olunmazsa və hərbi əməliyyatların başlanması qaçılmaz olarsa, bu qısa müddətli xüsusi hərbi əməliyyat olacaq və böyük qaçqın axınına səbəb olmayacaq". 


C.Feyziyev vurğulayıb ki, Azərbaycan və Türkiyə hadisələrin doğura biləcəyi fəsadları önləmək üçün hazırdılar:

"Həm Azərbaycan və həm də Türkiyə sərhədlərində lazımi təhlükəsizlik tədbirləri görülüb və qonşu dövlətlər hadisələrin doğura biləcəyi fəsadları önləmək üçün hazırdırlar. Nüvə razılaşmasının əldə olunması və belə bir razılaşma əsasında İranın nüvə sənayesindən birdəfəlik və tam şəkildə imtina etməsi ilk növbədə region ölkələri, eləcə də bütün dünya üçün olduqca zəruridir. Bu beynəlxalq miqyasda hərbi-siyasi gərginliyin azalmasını təmin etmiş olardı".

Seçilən
84
50
korrespondent.az

10Mənbələr