RU

Avropa Liqası: "Fənərbağça"nın pley-offdakı rəqibi müəyyənləşib

UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

"Report" xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:

"Fənərbağça" (Türkiyə) - "Nottinqem" (İngiltərə)

"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika)

"Seltik" (Şotlandiya) - "Ştuttqart" (Almaniya)

"Brann" (Norveç) - "Bolonya" (İtaliya)

"Panatinaikos" (Yunanıstan) - " Viktoriya" (Plzen, Çexiya)

PAOK (Yunanıstan) - "Selta" (İspaniya)

"Lill" - "Srvena Zvezda" (Serbiya)

Qeyd edək ki, pley-off mərhələsinin matçları fevralın 19 və 26-da keçiriləcək.

Избранный
1
50
far.az

10Источники