AZ

UEFA rəsmisi püşkatma mərasimində "Qarabağ"la bağlı NƏ DEDİ?

UEFA-nın baş katibinin müavini Corco Marketti "Qarabağ"ı təbrik edib.

Moderator.az xəbər verir ki, Marketti bu təbriki İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə edib.

O, təmsilçimizin pley-off mərhələsinə vəsiqə qazanmaqla hər kəsi təəccübləndirdiyini qeyd edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vuran "Qarabağ" turnir cədvəlində 22-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamızın bu mərhələdə rəqibi İngiltərənin "Nyukasl Yunayted" klubu olacaq.

Seçilən
13
50
moderator.az

10Mənbələr