AZ

“Fənərbağça”nın Avropa Liqasındakı rəqibi bilindi

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi baş tutub.

90deqiqe.Az-ın məlumata görə, püşkün nəticələrinə əsasən, Türkiyənin “Fənərbağça” klubu bu mərhələdə İngiltərə təmsilçisi “Nottingem Forest”lə qarşılaşacaq. Avropa Liqasının pley-off mərhələsində bir sıra maraqlı və gərgin duelərin yaşanacağı gözlənilir.

Pley-off mərhələsinin cütlükləri aşağıdakı kimidir:

“Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya)

“Ferensvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan)

“Panatinaikos” (Yunanıstan) – “Viktoriya Plzen” (Çexiya)

“Fənərbağça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika)

“Brann” (Norveç) – “Bolonya” (İtaliya)

PAOK (Yunanıstan) – “Selta Viqo” (İspaniya)

“Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya)

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları fevralın 19-u və 26-da keçiriləcək. Turnirin final qarşılaşması isə mayın 20-də İstanbul şəhərində təşkil olunacaq.

Seçilən
85
19
90deqiqe.az

10Mənbələr