UEFA baş katibinin müavini Corco Marketti "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Xezerxeber.az xəbər verir ki, o, bu barədə İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində deyib.
Qurum rəsmisi Ağdam təmsilçisinin pley-off mərhələsinə yüksəlməklə hər kəsi təəccübləndirdiyini bildirib.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.