AZ

Qurban Qurbanov: "PSJ və "Nyukasl" komandalarının gücləri təxminən eynidir"

PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) komandalarının gücləri təxminən eynidir.

Olaylar.az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında "Qarabağ"la üz-üzə gələcək "Nyukasl" barədə fikirlərini bildirib:

"Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. "Nyukasl" Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. "Nyukasl" çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür.

Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma "Nyukasl" bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır".

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Nyukasl"la ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
65
50
olaylar.az

10Mənbələr