RU

Kəramətdən Nizami Cəfərova cavab: “Özü nə qədər vəzifə varsa, hamısını tutur, yazıçıya yer qalmır”

“Yazıçı kitabını küçədə sata bilməz, satmamalıdır”. 

Bu sözləri akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

N.Cəfərov yazıçı məhsullarının prodüser vasitəsilə satışı və tanıdılmasının vacibliyini vurğulayıb. 

“Bu məsələ konsepsiya çərçivəsində həllini tapmalıdır. Yazıçıya qanunla “yaxşı yazmaq” tələbini necə qoymaq olar? Yaxud yazıçını necə cəzalandırmaq olar? Bütün bunları nəzərə alaraq “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində bir sıra məsələlərə yenidən baxılmasına ehtiyac var”, - o qeyd edib. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında yazıçı Kəramət Böyükçöl bildirib ki, onun üçün ən təmiz yer küçələrdir: 

“Akademik deyib ki, yazıçı küçədə kitab satmamalıdır. Bu, bir qədər gülməli yanaşmadır. Nizami bəy nə qədər vəzifə varsa, hamısını tutur, bəlkə ondan yazıçıya yer qalmır. Sonra deyir ki, küçədə kitab satmaq olmaz. Bəs yazıçı küçədə kitab satmasın, neyləsin? 

Əgər bu ölkədə yazıçı üçün başqa qapılar bağlıdırsa, küçə açıq qalır. Mən də o açıq qapıdan girirəm və yoluma davam edirəm. Azərbaycanda hazırda ən təmiz yer küçələrdir. Ölkədə küçələrdən başqa təmiz yer yoxdur. Bütün kabinetlərdən, bütün qucaqlardan daha təmizdir”. 

O qeyd edib ki, bu ölkədə yeganə rahatlığı küçələrdə tapıb:

“Düzdür, küçələrin də öz çətinlikləri var. İllərdir küçələrdə müxtəlif hadisələrlə, insanlarla qarşılaşmışam. Gördüklərimin, eşitdiklərimin, müşahidələrimin mənə hərtərəfli təsiri olub. Kim harada kitab satırsa, bu, onun şəxsi fikridir. Konkret kimlər küçədə kitab satır, niyə məhz fəaliyyətini küçədə davam etdirir, deyə bilmərəm. 

Çünki bu yazıçının öz şəxsi seçimidir. İnsan harada rahatlıq tapırsa, onun üçün ən yaxşı yer ora sayılır. Mən illərdir küçələrdə satışımı davam etdirirəm, fəaliyyətimdən də narazı deyiləm”.

Избранный
11
50
cebheinfo.az

10Источники