RU

Yazıçıları məhkəmə ilə qorxutmaq yaxşı əlamət deyil İlham Əziz

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yeni Sabah” məlumat əldə edib.

Bildirilib ki, buna səbəb həmin şəxslərin təşkilatı tənqid etməsidir.

“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır və bütün bu baş verənlərin arxasında Azərbaycan ədəbiyyatının və dilinin, mənəviyyatının heysiyyətini qoruyan, yazıçı və şairlərimizin ən qocaman peşəkar ocağı olan təşkilatı hörmətdən salmaq kimi məkrli niyyət dayanır”, – məlumatda qeyd olunub.

Bildirilib ki, AYB Katibliyi bu işlərin və bu kampaniyanın “qədim və yeni təşkilatçıları” barədə yetərincə məlumatlıdır:

“Rəsmi olaraq bildiririk ki, onun sıralarını könüllü olaraq tərk etmiş adamlar zamanında bunu ədəbiyyata və ədəbi prosesə baxış fərqləri ilə izah etmişlər. Birliyin katibliyinin qərarı ilə üzvlükdən xaric olunanlarla bağlı isə zamanında tərəfimizdən açıqlama verilmişdir və biz yenidən bu məsələlərə qayıtmaq niyyətində deyilik”.

AYB Aqşin Yenisey də daxil olmaqla bir çox yazıçının qurum haqqında yazdığı fikrlərə cavab verib.

“Amma aydınlıq olsun deyə qısaca bir neçə şeyi söyləməyi lazım bilirik. Adları hallandırılan ədiblərin sırasında Aqşin Yenisey kimi elə şəxslər də var ki, onlar heç vaxt birliyin üzvü olmayıblar. Guya həbsdə dünyasını dəyişmiş, Yardımlıdan olan Azad adlı AYB üzvü barədə məlumatlar yalandır. Saday Şəkərli ilə AYB arasında hər hansı məhkəmə çəkişməsi olmamışdır. Ramiq Muxtar və İlham Qəhrəman AYB-yə böhtan atdığına görə onlarla münasibətlər hüquq müstəvisində həll olunmuş, məhkəmənin hökmü ilə onların hər ikisi barədə cərimə tətbiq edilmişdir. Fəzail İsmayıl AYB aparatının işçilərinə şər atmış, əsassız fikirlərini sübuta yetirə bilmədiyinə görə üzvlükdən xaric edilmişdir.

Bildiririk ki, AYB üzvlüyünü tərk etmiş və yenidən birlik sıralarına qoşulmaq istəyən ədiblər də olmuşdur ki, AYB rəhbərliyi belə müraciətlərə daim humanist yanaşmışdır”.

AYB bir qrup şair və yazıçıya xəbərdarlıq edib:

“Birlik haqqında, onun rəhbərliyi və məsul işçiləri barədə qarayaxma kampaniyası aparan şəxslərin diqqətinə çatdırırıq ki, onların həm keçmiş, həm indiki şər əməlləri ilə bağlı tərəfimizdən yaxın vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Məsələ ilə bağlı Gununsesi.info-ya yazıçı İlham Əziz münasibət bildirib.

O qeyd edib ki, Yazıçılar Birliyi tənqidsiz keçinə bilməz:

“Ümumiyyətlə, AYB-nin strukturuna və yaxud da iş prinsipinə həmişə fikir bildirilib, bundan sonra da bildiriləcək. Böhtan məsələsini isə bilmir. Bu, hüquqi məsələdir. Bu iki anlayışın sərhədini bilmək lazımdır. Ancaq hər bir halda Yazıçılar Birliyi hüquqi işlərlə məşğul olmasa daha yaxşıdır. Çünki özləri də yaxşı bilir ki, yazıçılar fikir adamlarıdır, onların tənqidinə dözmək lazımdır. Məsələ də hələlik tam açıqlanmayıb. Yazıçıları məhkəmə ilə qorxutmaq yaxşı əlamət deyil”, – deyə o, həmçinin bildirib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
24
icma.az

10Источники