AZ

“Ay camaat, Anar futbolçu deyil, yazıçıdır” - Seyran Səxavət

“AYB-yə hücum qətiyyən bəyənilməsin. Azərbaycanda o qədər hücum etməli problemlər, yerlər var ki... Yazıçılar Birliyi niyə hədəfə alınır ki?”
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.
 
O bildirib ki, Birliyə hücum milli şüurun aşağı olması ilə əlaqədardır:
 
“Odu qoyub, külü ilə oynayırlar. Gah yazıçı Anarın bu yaşda AYB sədri olmasını qabardırlar, gah da birliyə başqa formada şər atırlar. Yaşın buraya nə dəxli var? Ay camaat, Anar futbolçu deyil, yazıçı, söz adamıdır. Söz adamı yaşlandıqca dünyagörüşü daha da artır və müdrikləşir. AYB-də hər şey qaydasındadır. Onların hansısa dəstəyə ehtiyacı yoxdur”.
 
Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Yeni Sabah”ın məlumatına görə, buna səbəb həmin şəxslərin təşkilatı tənqid etməsidir.
 
“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır və bütün bu baş verənlərin arxasında Azərbaycan ədəbiyyatının və dilinin, mənəviyyatının heysiyyətini qoruyan, yazıçı və şairlərimizin ən qocaman peşəkar ocağı olan təşkilatı hörmətdən salmaq kimi məkrli niyyət dayanır”, - məlumatda qeyd olunub.
 
Seçilən
11
9
moderator.az

10Mənbələr