RU

Fransa SEPAH ı terrorçu kimi tanımaq istəmirmiş Akademik

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropada terrorçu təşkilat elan edilməsi üçün aparılan müzakirələrdə sona qədər qarşı çıxıb. Lakin sonra Paris digər Avropa İttifaqı (Aİ) ölkələrinin təzyiqi altında qərarını ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri öz mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransadan əlavə, İspaniya və İtaliya da bu yaxınlara qədər SEPAH-a qarşı çımaqdan imtina edib. Daha sonra digər ölkələrin diplomatları Roma və Madridi öz tərəflərinə çəkməyi bacarıblar və nəticədə Fransa tək qalıb.

Xatırladaq ki, Aİ xarici işlər naziri Kaja Kallas dünən  “X”də yazıb ki, Aİ xarici işlər nazirləri SEPAH-ı terror təşkilatı kimi tanımaqla qətiyyətli addım atıblar.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
50
icma.az

10Источники