RU

2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Son illər ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni reabilitasiya üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərilənlərin sayının da ciddi artımına imkan verib.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb.

Həmçinin dövlət büdcəsi hesabına bu kateqoriyaya aid şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb.

Избранный
92
27
turkic.world

10Источники