Son illər ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni reabilitasiya üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərilənlərin sayının da ciddi artımına imkan verib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb.
Həmçinin dövlət büdcəsi hesabına bu kateqoriyaya aid şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb.