Son illər ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni reabilitasiya üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərilənlərin sayının da ciddi artımına imkan verib.
Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.
Bildirilib ki, 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb.
Həmçinin dövlət büdcəsi hesabına bu kateqoriyaya aid şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb.