RU

Trampdan İrana daha bir – Gözdağı

“Tehran həm nüvə silahı əldə etmək cəhdlərindən, həm də etirazçıların hədəf alınmasından imtina etməlidir”.

Busaat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablayarkən deyib.

Son günlərdə İranla danışıqlar aparıb-aparmadığı və ya belə bir planının olub-olmadığı barədə suala Tramp “Danışmışam və danışmağı planlaşdırıram”, – deyə cavab verib.

O, İrana açıq mesaj göndərib: “Hazırda İrana doğru hərəkət edən çox böyük və çox güclü gəmilərimiz var. Onlardan istifadə etməsəydik, bu, hamı üçün daha yaxşı olardı”.

Tramp qeyd edib ki, Tehran rəhbərliyinə iki əsas tələb irəli sürüb:

“Birincisi, nüvə silahına yol verməyin. İkincisi, etirazçıları öldürməyi dayandırın. Onlar minlərlə insanı öldürürlər. İki həftə əvvəl 837 edamın dayandırılmasına nail oldum, amma indi onlar konkret addımlar atmalıdırlar”.

ABŞ Prezidenti Böyük Britaniyanın Çinlə mümkün əməkdaşlıqları ilə bağlı suala cavab verərkən də sərt mövqe sərgiləyib. O, Britaniyanın Baş naziri Kir Starmerin Çinlə yeni tərəfdaşlıqlar qurmaq planlarını “təhlükəli” adlandırıb.

“Bu, Britaniya üçün çox risklidir. Kanada üçün isə Çinlə əməkdaşlıq daha da təhlükəlidir. Kanada hazırda yaxşı vəziyyətdə deyil”, – deyə Tramp bildirib.

Tramp Kuba ilə bağlı açıqlamasında isə ölkəni “uğursuz dövlət” adlandırıb.

“Kuba öz xalqına çox pis davranır. Mən Kubanı boğmağa çalışmıram, amma görünən odur ki, onlar onsuz da sağ qala bilməyəcəklər”, – o deyib.

Избранный
91
2
busaat.az

10Источники