AZ

Trampdan İrana növbəti xəbərdarlıq: Gəmilərimizdən istifadə etsək...

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı proqramı və etirazçıların hədəfə alınması ilə bağlı tədbir görülməsinin vacib olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə deyib: “Hazırda İrana doğru hərəkət edən çox böyük və güclü gəmilərimiz var. Onlardan istifadə etməsəydik, bu, çox yaxşı olardı.”

Tramp bu açıqlamanı həyat yoldaşı Melaniya Tramp haqqında çəkilmiş “Melaniya” filminin premyerası üçün Kennedi Mərkəzinə daxil olarkən jurnalistlərin suallarını cavablandırarkən verib.

Son günlərdə İranla əlaqə saxlayıb-saxlamadığı və ya yaxın zamanda danışıq aparmağı planlaşdırıb-planlaşdırmadığı barədə suala Tramp belə cavab verib: “Mən onlarla danışmışam və yenə də danışmağı planlaşdırıram.”

ABŞ Prezidenti sözlərinə davam edərək bildirib: “Onlara iki əsas məsələni dedim. Birincisi, nüvə silahına sahib olmalarına icazə verilməyəcək. İkincisi isə etirazçıların öldürülməsini dayandırmalıdırlar. Onlar minlərlə insanı öldürürlər. İki həftə əvvəl 837 edamın qarşısını almağa nail oldum, lakin indi onlar mütləq addım atmalıdırlar.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
85
2
turkustan.az

10Mənbələr