
Son bir neçə gün ərzində ABŞ prezidenti Donald Tramp İran hakimiyyəti ilə danışıqlar aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "C-Span" telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ-ın “İrana doğru yola düşən çox sayda böyük və güclü gəmiləri var”. Trampa İran hakimiyyətinə hansı mesajı çatdırdığı barədə sual verildikdə isə, iki şərt irəli sürdüyünü deyib: nüvə silahının olmaması və etirazçıların öldürülməsinə yol verilməməsi.
Məryəm Quliyeva