RU

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan ilə Belarus arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TurkicWorld xəbər verir ki, yanvarın 29-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.

Görüşdə Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələrindən bəhs olunub, bu əlaqələrin qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı mədəni əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Gələcək dövrdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, eləcə də bölgələrdə birgə mədəni proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Избранный
23
7
turkic.world

10Источники