Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Səfiri salamlayan nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.
Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etirilməsi müzakirə olunub.