UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandası Bakıya qayıdıb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
"Köhlən atlar" Liqa mərhələsinin sonuncu - VIII turunda İngiltərədə "Liverpul"a uduzub. Buna baxmayaraq, komanda əsas mərhələni 22-ci sırada bitirərək pley-offa adlayıb.
Qeyd edək ki, "Qarabağ" pley-offda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl" kollektivlərindən biri ilə üz-üzə gələcək. Püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.
Milli.Az