AZ

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" Bakıya qayıdıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandası Bakıya qayıdıb.

Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

"Köhlən atlar" Liqa mərhələsinin sonuncu - VIII turunda İngiltərədə "Liverpul"a uduzub. Buna baxmayaraq, komanda əsas mərhələni 22-ci sırada bitirərək pley-offa adlayıb.

Qeyd edək ki, "Qarabağ" pley-offda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl" kollektivlərindən biri ilə üz-üzə gələcək. Püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.

Seçilən
17
7
far.az

10Mənbələr