RU

Rəqibləri “Qarabağ”ı TƏBRİK ETDİ

Məlum olduğu kimi, “Qarabağ” ötən gün daha bir tarixi uğura imza atdı.

Ağdam təmsilçisi Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü. Bu inanılmaz uğur bütün ölkədə böyük coşğu ilə qeyd olunur. Elə dünən gecədən etibarən təbrik mesajları da gəlməyə davam edir. Azərbaycan Premyer Liqasında çıxış edən komandalar “Qarabağ”ı bu tarixi zəfər münasibətilə təbrik edirlər.

Hit.az “Qarabağ”ı təbrik edən klublarımızı təqdim edir:

“Sabah”:
““Sabah” FK “Qarabağ” FK-nı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, növbəti oyunlarında uğurlar arzulayır!”

“Turan Tovuz”
“UEFA Çempionlar Liqasının əsas  mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı təbrik edir, növbəti mərhələlərdə uğurlar arzu edirik!”

“Sumqayıt”
“Təmsilçimiz “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edirik”.

“Zirə”
““Zirə” PFK “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağı münasibətilə təbrik edir!”

“Araz Naxçıvan”
“UEFA Çempionlar Liqasının əsas mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı təbrik edir, növbəti mərhələlərdə uğurlar arzu edirik!”

“İmişli”
“UEFA Çempionlar Liqasının əsas  mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı təbrik edirik!”

Elmir

Избранный
15
hit.az

1Источники