RU

Məhkəməyədək icraat elektron qaydada da aparılacaq

Bakı. Trend:

Azərbaycanda məhkəməyədək icraatın elektron qaydada aparılmasıqaydaları müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunanCinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron qaydada məhkəməyədək icraatcinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərivasitəsilə həyata keçiriləcək. Prosessual sənədlər və digərməlumatlar Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydalarauyğun olaraq cinayət təqibi orqanlarının müvafiq informasiyasistemləri vasitəsilə elektron qaydada mübadilə edilə biləcək.

Cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərindəcinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirakedən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi,çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilənşikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədlərigöndərmək və qəbul etmək, habelə prosessual hərəkətdə iştirak etməkimkanlarını təmin edən elektron kabinet yaradılacaq.

Məhkəməyədək icraat elektron qaydada həyata keçirildikdə cinayətprosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digərşəxslər cinayət təqibi orqanlarının müvafiq informasiyasistemlərində qeydiyyatdan keçiblərsə, Cinayət-Prosessual Məcəlləyəəsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessualsənədlər və digər məlumatlar onların elektron kabinetlərindəyerləşdiriləcək. Bu barədə həmin şəxslərə cinayət təqibiorqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektronqaydada (elektron poçt və SMS vasitəsilə) məlumat veriləcək. Sənədelektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədingöndərildiyi şəxsə məlumatın elektron qaydada verilməsi təminedildikdə o, rəsmi qaydada verilmiş hesab ediləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş şəxslər Cinayət-ProsessualMəcəlləyə əsasən cinayət təqibi orqanına təqdim etmək hüququnamalik olduqları prosessual sənədləri müvafiq elektron kabinetlərivasitəsilə göndərə biləcəklər.

Избранный
21
2
az.trend.az

10Источники