Peter Siyyarto öz yazısında bu fikri təsdiqləyərək diqqətə çatdırıb ki, ölkəsində hazırkı hökumət iqtidarda qaldığı müddətcə Ukrayna Avropa İttifaqına (Aİ) qoşula bilməyəcək:
"Çünki ukraynalılar Aİ-yə müharibə gətirəcək, bizi öz müharibələrinə sürükləyəcəklər. Macarlar və bütün avropalılar öz pullarını Ukraynaya xərcləyəcəklər. Onlar özlərinin keyfiyyətsiz taxılları ilə fermalarımızı korlayacaqlar. Ukrayna mafiyası isə ölkələrimizi tranzit məntəqəsinə çevirəcək".
Nazir bildirib ki, Macarıstanın cari hökuməti belə bir mənzərənin meydana gəlməsinə icazə verməyəcək. Onun sözlərinə görə, ölkəsinin müxalifəti isə, əksinə, Kiyevin Aİ-yə qoşulmasını dəstəkləyir:
![]() |
| Orban:"Ukraynanın Aİ-yə girməsinə 100 il də icazə verməyəcəyik" |
"Bu, baş verərsə, bizi müharibəyə sürükləyəcək, pulumuzu Ukraynaya daşıyacaqlar. Ukrayna ölkəmizdə müxalifətin qələbəsini məhz bu səbəbdən istəyir. Beləliklə, 12 apreldə sual yaranacaq: sülh, yoxsa müharibə? Macarıstan, yoxsa Ukrayna?".
Məlumat üçün bildirək ki, Macarıstanda aprelin 12-də parlament seçkiləri baş tutacaq.
Firudin Həmidli
AzVision.az
