AZ

Zaxarovadan ŞOK İTTİHAM: Ukrayna mülki şəxslərə zərbələri artırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Əbu-Dabidə aparılan danışıqlardan sonra Ukrayna Silahlı Qüvvələri mülki obyektlərə və dinc əhaliyə qarşı hücumları intensivləşdirib.

KONKRET.az xəbər veirr ki, onun sözlərinə görə, Rusiya tərəfi baş verənləri ciddi narahatlıqla izləyir.

Zaxarova digər açıqlamalarında Davosda Ukrayna prezidenti **Volodimir Zelenski**nin səsləndirdiyi bəyanatları “aqressiv dəlinin sayıqlamaları” kimi qiymətləndirib.

Eyni zamanda, Rusiya XİN hələlik Ukrayna mövzusu üzrə Əbu-Dabidə mümkün görüşlə bağlı yayılan məlumatlara şərh vermir.

Diplomat həmçinin bildirib ki, Rusiya tərəfinin qiymətləndirməsinə əsasən, BMT-nin baş katibi Antonio Quterreş faktiki olaraq Qərb təbliğatının mövqeyini tutaraq Donbas sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu inkar edir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
58
50
konkret.az

10Mənbələr