RU

“YAŞAT” Fondu şəhid Cahangir Hüseynovun ailəsinə dəstək göstərib

“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidi Cahangir Qüdrət oğlu Hüseynovun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, fond tərəfindən şəhidin həyat yoldaşı Sabirə Ələkbər qızı Hüseynovaya tibb istiqaməti üzrə dəstək təmin olunur.

Qeyd edək ki, Cahangir Hüseynov 1994-cü ilin may ayında Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Избранный
13
4
herbiand.az

9Источники