AZ

“YAŞAT” Fondu şəhid Cahangir Hüseynovun ailəsinə dəstək göstərib

Bakı, 27 yanvar, AZƏRTAC

“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidi Cahangir Qüdrət oğlu Hüseynovun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fond tərəfindən şəhidin həyat yoldaşı Sabirə Ələkbər qızı Hüseynovaya tibb istiqaməti üzrə dəstək təmin olunur.

Qeyd edək ki, Cahangir Hüseynov 1994-cü ilin may ayında Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar”

(https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Seçilən
14
4
azertag.az

9Mənbələr