AZ

“YAŞAT” Fondu şəhidimiz Cahangir Hüseynovun ailəsinə dəstək göstərib

"YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Cahangir Qüdrət oğlunun ailə üzvləri üçün dəstək tədbirləri reallaşdırır.

Cahangir Hüseynov 1994-cü ilin may ayında Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Fond tərəfindən şəhidin həyat yoldaşı Sabirə Hüseynova Ələkbər qızına tibb istiqaməti üzrə dəstək təmin edilir.

"YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 
 
 
Seçilən
30
4
7news.az

9Mənbələr