RU

Uşaqlar üçün onkoloji xidmətlər icbari tibbi sığortaya daxil ediləcək » AzadMedia.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, yaxın gələcəkdə pediatrik onkoloji xidmətlər Xidmətlər Zərfinə əlavə olunacaq.
Onun sözlərinə görə, Agentlik səhiyyə xidmətlərinin əlçatanlığını artırmaq və xüsusilə uşaqların tibbi təminatını gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür. Bu təşəbbüs çərçivəsində uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsi daha əlçatan olacaq.
Keçən ilin sonunda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb və hazırda pediatrik onkoloji xidmətlərin sığorta çərçivəsinə daxil edilməsi ilə bağlı hazırlıq işləri davam edir. Hazırlıq mərhələsi xidmətlərin növü, əhatə olunacaq yaş qrupları və diaqnostikadan müalicəyə qədər bütün mərhələləri müəyyən etməyi əhatə edir.
Planlaşdırılır ki, 2027-ci ildən bu xidmətlər icbari tibbi sığorta hesabına kompleks şəkildə tətbiq edilsin. Daha sonra isə digər yaş qruplarındakı onkoloji xəstələr üçün tibbi xidmətlərin sığorta təminatına keçid ediləcək. Bu addım yaxın illərdə onkologiya sahəsində sığorta əhatəsinin genişlənməsinə səbəb olacaq.
Избранный
36
2
azadmedia.az

10Источники