RU

Stiven Bay: "Azərbaycanda internetin qiymətləndirilməsi sürət göstəriciləri ilə məhdudlaşmayacaq"

Azərbaycanda internet şəbəkələrinin performansının qiymətləndirilməsi artıq təkcə sürət göstəriciləri ilə məhdudlaşmayacaq, daha geniş texniki parametrlər əsasında aparılacaq.

"Far.Az" xəbər verir ki, bunu "Ookla" şirkətinin prezidenti və baş icraçı direktoru Stiven Bay Bakıda keçirilən "Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti"ndə deyib.

Onun sözlərinə görə, ölkədə geniş istifadə olunan "Speedtest" platforması yalnız yükləmə və ötürmə sürətini deyil, eyni zamanda gecikmə, yüklənmiş gecikmə və digər performans indikatorlarını da ölçür:

"Biz sürətdən daha artığını ölçürük. Bu göstəricilər şəbəkələrin real keyfiyyəti və istifadəçi təcrübəsi barədə daha dərin anlayış verir".

Şirkət rəhbəri bildirib ki, "Ookla"nın ekosisteminə daxil olan "Down Detector" xidməti isə tətbiq və rəqəmsal platformalarda baş verən kəsintiləri real vaxt rejimində izləyir:

"Hazırda sistem dünya üzrə 25 minə yaxın xidməti, təxminən 60 ölkəni əhatə edir və problemləri istifadəçi siqnalları əsasında müəyyən edir. Bundan əlavə, "Ekahau" həlli vasitəsilə Wi-Fi şəbəkələrinin performansı ölçülür. Hər il 4 milyondan çox giriş nöqtəsinin keyfiyyət göstəriciləri təhlil edilir. Toplanan məlumatlar operatorlara, hökumətlərə və tənzimləyicilərə daha əsaslı qərarlar qəbul etməyə imkan yaradır. Biz istehlakçının səsini təmsil edirik və şəbəkələri real istifadəçi baxışından ölçürük. Məqsədimiz bağlantı keyfiyyətini hamı üçün yaxşılaşdırmaqdır".

Избранный
61
5
far.az

6Источники