Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda internet şəbəkələrinin performansının qiymətləndirilməsi təkcə sürət göstəriciləri ilə məhdudlaşmayacaq, daha geniş texniki parametrlər əsasında aparılacaq.
“APA-Economics” verir ki, bu fikirləri bu gün “Ookla”nın prezidenti və Baş İcraçı Direktoru (CEO) Stephen Bye Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkədə geniş istifadə olunan “Speedtest” platforması yalnız yükləmə və ötürmə sürətini deyil, eyni zamanda gecikmə, yüklənmiş gecikmə və digər performans indikatorlarını da ölçür:
“Biz sürətdən daha artığını ölçürük. Bu göstəricilər şəbəkələrin real keyfiyyəti və istifadəçi təcrübəsi barədə daha dərin anlayış verir. “Ookla”nınekosisteminə daxil olan “Down Detector” xidməti isə tətbiq və rəqəmsal platformalarda baş verən kəsintiləri real vaxt rejimində izləyir.
Hazırda sistem dünya üzrə 25 minə yaxın xidməti və təxminən 60 ölkəni əhatə edir və problemləri istifadəçi siqnalları əsasında müəyyən edir. Bundan əlavə, Ekahau həlli vasitəsilə Wi-Fi şəbəkələrinin performansı ölçülür. Hər il 4 milyondan çox giriş nöqtəsinin keyfiyyət göstəriciləri təhlil edilir. Toplanan məlumatlar operatorlara, hökumətlərə və tənzimləyicilərə daha əsaslı qərarlar qəbul etməyə imkan yaradır. Biz istehlakçının səsini təmsil edirik və şəbəkələri real istifadəçi baxışından ölçürük. Məqsədimiz bağlantı keyfiyyətini hamı üçün yaxşılaşdırmaqdır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.