RU

Ayaz Quliyev "Sabah"dan ayrıldı

"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.
 
A.Quliyevin "Rusiya"nın "Arsenal" klubuna keçəcəyi gözlənilir.
 
Избранный
51
11
moderator.az

10Источники