AZ

“Sabah” Ayaz Quliyevlə vidalaşdı

“Sabah” yarımmüdafiəçisi Ayaz Quliyevlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

Seçilən
61
11
msport.az

10Mənbələr