Bakı, 26 yanvar, AZƏRTAC
“Sabah” yarımmüdafiəçi Ayaz Quliyevlə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.