RU

“Bu qələbə gələcək oyunlar üçün açar oldu”

Azərbaycan futzal millisinin üzvü Fərid Abbasov Danimarka yıması ilə keçirilən yoldaşlıq oyunlarını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan oyunçu futzal federasiyasının mətbuat xidmətinə belə danışıb:

“Əvvəlcə bizi dəstəkləmək üçün arenaya gələn azarkeşlərimizə təşəkkür edirəm. İki fərli oyun oldu. Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətimizə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandır. Baş məşqçi oyunu analiz etdi, bizə də səhvlərimizi göstərdi və ikinci oyun üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı.

Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, əgər özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim. Bu qələbə gələcək oyunlar üçün açar oldu. Əsas odur ki, özümüzə inanaq və çox çalışaq”.

Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, 2 gün sonra - yanvarın 24-də isə baş tutan matçda komandamız 4:2 hesabı ilə qalib gəlib. 
 

Избранный
83
5
fanat.az

7Источники