"Football-plus.az" xəbər veirr ki, o, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında bu rəqiblə 2-ci yoldaşlıq görüşlərinin əla keçdiyini deyib:
“Əvvəlcə bizi dəstəkləmək üçün arenaya gələn azarkeşlərimizə təşəkkür edirəm. İki fərqli oyun oldu. Birinci görüşdə səhvlər həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdu oyun keçirmir, üstəlik, heyətə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandı. Baş məşqçi oyunu analiz etdi, bizə də səhvləri göstərdi və ikinci oyun üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı".
O, Danimarka ilə 2-ci matçda vurduğu qol və verdiyiqol ötürməsi haqda da danışıb: "Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidi. Baş məşqçi hər zaman məsləhət bilir ki, özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim. Bu qələbə gələcək oyunlar üçün açar oldu. Əsas odu ki, özümüzə inanaq və çox çalışaq”.
Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, 2 gün sonra - yanvarın 24-də isə baş tutan matçda Azərbaycan millisi 4:2 hesabı ilə qalib gəlib.