RU

Nişan mərasimində dəm qazından zəhərləndilər

Türkiyənin Malatya şəhərində nişan mərasimində iştirak edən 110-dan çox şəxs dəm qazından zəhərlənib.

Bu barədə "Ölkə.az" "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Battalgazi rayonunun Orduzu məhəlləsindəki toy salonunda baş verib. Məlumata görə, qonaqlar nişan mərasimi zamanı özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə gələn tibb işçiləri qonaqların dəm qazından zəhərləndiyini müəyyən ediblər.

Malatya valisi Seddar Yavuz sosial media hesabında hadisə ilə bağlı açıqlama yayıb: "Battalqazi rayonundakı toy salonunda baş verən dəm qazı zəhərlənməsi nəticəsində 113 vətəndaşımız müalicə üçün səhiyyə müəssisələrimizə aparılıb. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və bu saata qədər bəzi xəstələr evə buraxılmağa başlayıb. Hadisəyə səbəb olan günahkarlar barədə araşdırma başlanıb. Həmvətənlərimizə ən xoş arzularımı çatdırır və tezliklə sağalmalarını arzulayıram".

Избранный
91
16
olke.az

10Источники