AZ

Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərlənib

Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda keçirilmiş nişan mərasimində iştirak edən 113 nəfər dəm qazından zəhərlənib.

Moderator.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

 

 

Bildirilir ki, hadisə rayonun Orduzu məhəlləsindəki toy salonunda baş verib. Qonaqlar nişan mərasimi zamanı özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə gələn tibb işçiləri onların dəm qazından zəhərləndiklərini müəyyən ediblər.

"Dəm qazından zəhərlənənlər müalicə üçün səhiyyə müəssisələrinə aparılıblar. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və bu saata qədər bəzi xəstələrin evə buraxılmasına başlanılıb", - deyə Malatya valisi Seddar Yavuz bildirib.

Seçilən
78
2
moderator.az

10Mənbələr