RU

Fransa Azərbaycandan neft idxalını artırıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dollarıdəyərində 281,1 min ton bitumlu süxurlardan əldə edilmiş xam neftvə neft məhsulları ixrac olunub.

Bu barədə TrendDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 54,8 milyon ABŞ dolları və ya 1,6 dəfə,həcm baxımından isə 128,5 min ton və ya 1,8 dəfə çoxdur.

Qeyd olunan dövrdə Fransa Azərbaycandan ən çox neft ixrac edənölkələr arasında 12-ci olub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Избранный
173
30
az.trend.az

10Источники