AZ

Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Avstriyaya 88 milyon ABŞ dollarıdəyərində bitumlu süxurlardan əldə edilmiş 177,5 min ton xam neftvə neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrüilə müqayisədə bu, dəyər ifadəsində 40,1 milyon ABŞ dolları və ya1,8 dəfə, həcm baxımından isə 91,6 min ton ton və ya 2 dəfəçoxdur.

2024-cü ildə Azərbaycandan Avstriyaya 47,9 milyon ABŞ dollarıdəyərində 85,9 min ton neft və neft məhsulları ixrac olunub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Sözügedən məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Seçilən
67
34
az.trend.az

10Mənbələr