AZ

Azərbaycan mis filizləri və konsentratları ixracını 27 dəfə artırıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 56,8 milyon ABŞ dolları dəyərində misfilizləri və konsentratları ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 54,7 milyonABŞ dolları və ya 27 dəfə çoxdur.

Belə ki, 2024-cü ildə Azərbaycandan 2,1 milyon ABŞ dollarıdəyərində mis filizləri və konsentratları ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Budövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞdollarına bərabər olub.

Məqalədə:
Seçilən
56
25
az.trend.az

10Mənbələr