RU

RABİTƏBANK ASC AÇIQ TENDER ELAN EDİR

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tenderin adı:  “Palo Alto avadanlıqlarının, lisenziyalarının və texniki dəstəyin    yenilənməsi xidmətinin satınalınması”

Tenderin elan tarixi: 23.01.2026

Tenderin son tarixi: 30.01.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Müvafiq sahə üzrə MAF sənədinin təqdim edilməsi

 

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi

Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında arayış-rəsmi

 

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, 28 Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
5
banco.az

9Источники