Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tenderin adı: “Palo Alto avadanlıqlarının, lisenziyalarının və texniki dəstəyin yenilənməsi xidmətinin satınalınması”
Tenderin elan tarixi: 23.01.2026
Tenderin son tarixi: 30.01.2026, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
İşin icra müddəti qeyd edilməsi mütləqdir
Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Müvafiq sahə üzrə MAF sənədinin təqdim edilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi
Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında arayış-rəsmi
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, 28 Füzuli küç. 71) ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.