RU

Zelenski ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşlərin keçiriləcəyini elan edib

Bakı, 22 yanvar, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ, Ukrayna və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərində ikigünlük üçtərəfli görüşlərin keçiriləcəyini elan edib.

AZƏRTAC-ın məlumatına görə, o, görüşün Amerika danışıqlar qrupunun Moskvaya səfərindən sonra baş tutacağını bildirib.

“Ruslar kompromislərə hazır olmalıdırlar, çünki təkcə Ukrayna deyil, hamı hazır olmalıdır və bu, bizim üçün vacibdir”, -deyə Zelenski Davosda çıxışı zamanı vurğulayıb.

 

Избранный
205
50
azertag.az

10Источники