RU

Çin Starlink peyklərinin təhlükəsizlik riski barədə xəbərdarlıq edib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çin İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsinin aşağı Yer orbitində sürətlə genişlənməsinin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Çinin nümayəndəsi BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxış edərkən danışıb.

Çin tərəfi bildirib ki, kommersiya kosmik fəaliyyətinin sürətlə artması və müəyyən ölkələrin peyk şəbəkələrini effektiv beynəlxalq tənzimləmə olmadan genişləndirməsi təhlükəsizlik baxımından ciddi çağırışlar yaradır. "SpaceX"in "Starlink" peyklərindən danışan Çin nümayəndəsi bildirib ki, belə şəbəkələr orbit resurslarını həddindən artıq yükləyir və peyklər arasında toqquşma riskini artırır.

Çin nümayəndəsi 2021-ci ildə "Starlink" peyklərinin Çin kosmik stansiyası ilə təhlükəli yaxınlaşmalar etdiyini də xatırladıb. Onun sözlərinə görə, bu cür manevrlər Çin astronavtlarının təhlükəsizliyi üçün real təhlükə yaradıb. Diplomat vurğulayıb ki, "Starlink" kimi böyük peyk qruplaşmaları tezlik-orbit resurslarını sıxışdırır və orbitdə idarəolunmaz vəziyyət formalaşdıra bilər.

Hazırda Yer ətrafında fəaliyyət göstərən 12 955 peykin təxminən 8 500-ü aşağı Yer orbitində yerləşir. Onların 66 faizindən çoxu Starlink şəbəkəsinə daxildir. "SpaceX" rəhbəri İlon Mask isə gələcəkdə "Starlink" sisteminin 42 mindən çox peykdən ibarət ola biləcəyini bildirib. Hazırda şirkət 12 min peykin buraxılması üçün icazə alıb. Bu peyklər təxminən beş il istismar olunduqdan sonra Yer atmosferində məhv edilir.

Eyni zamanda Çin də kosmik internet sahəsində öz layihələrini genişləndirir. Şanxayda dövlət tərəfindən dəstəklənən “Çüyanfan” layihəsi 2030-cu ilədək 15 mindən çox peykin orbitə çıxarılmasını və qlobal genişzolaqlı internet təminatını hədəfləyir.

Çin nümayəndəsi aşağı Yer orbitinin 2018-ci ildən etibarən sürətlə dolduğunu vurğulayaraq ölkələri kommersiya kosmik fəaliyyətinə dair beynəlxalq qaydaları gücləndirməyə çağırıb.

Fonunda isə Rusiya tərəfindən süni peykləri, o cümlədən "Starlink" sistemini məhv etməyə yönəlmiş silahların hazırlanması ilə bağlı məlumatlar yayılıb. NATO kəşfiyyatına görə, bu cür silahlar orbitdə genişmiqyaslı xaos yaradaraq yalnız Qərb deyil, Rusiya və onun müttəfiqləri üçün də ciddi risklər doğura bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
icma.az

1Источники