AZ

SpaceX dən növbəti uğur: İtaliyanın hərbi və elmi peyki orbitə çıxarıldı

ain.az bildirir, Milli.az portalına istinadən.

ABŞ-nin "Falcon 9" daşıyıcı raketi İtaliyaya məxsus "COSMO-SkyMed (CSG-3)" ikinci nəsil radar müşahidə peykini orbitə çıxarıb.

Milli.Az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb. Bildirilib ki, peykin buraxılışı uğurla başa çatıb.

Məlumata görə, raket Kaliforniyada yerləşən Vandenberq Hərbi Hava Qüvvələri Bazasının SLC-4E buraxılış meydançasından cümə günü Sakit okean vaxtı ilə saat 18:09-da havaya qalxıb.

Qeyd edək ki, CSG-3 peyki altı peykdən ibarət kosmik qrupun tərkibinə daxildir. O, Aralıq dənizi hövzəsində gəmilərin monitorinqi, fövqəladə halların idarə olunması, ətraf mühitin qorunması, təbii ehtiyatların araşdırılması, kənd təsərrüfatının planlaşdırılması, iqlim müşahidələri, eləcə də müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadə ediləcək.

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
136
24
news.milli.az

10Mənbələr